ATƏT PA-nın sədri Bakıda Fəxri xiyabanı ziyarət edib

ATƏT PA-nın sədri Bakıda Fəxri xiyabanı ziyarət edib Kristin Muttonen həmçinin Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub
Xarici siyasət
8 Sentyabr , 2017 11:47
ATƏT PA-nın sədri Bakıda Fəxri xiyabanı ziyarət edib
Report / Firi Salim

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Kristin Muttonen Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, ATƏT PA-nın sədri ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsini yad edib.

K.Muttonen Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə isə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi