ATƏT PA-nın sədri: "ATƏT məkanında münaqişələrin həlli əhəmiyyətlidir"

ATƏT PA-nın sədri: "ATƏT məkanında münaqişələrin həlli əhəmiyyətlidir" Kristin Muttonen: "ATƏT PA-nın Azərbaycanla yaxşı işgüzar əlaqələri var"
Xarici siyasət
8 Sentyabr , 2017 12:05
ATƏT PA-nın sədri: ATƏT məkanında münaqişələrin həlli əhəmiyyətlidir
Report / Firi Salim

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Bakıda olmaqdan məmnunam. Bu şəhərə ilk səfərimdir. ATƏT-in Parlament Assambleyasının Azərbaycanla yaxşı işgüzar əlaqələri var".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının sədri Kristin Muttonen jurnalistlərə açıqlamasında deyib.

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT PA-nın rolunu şərh edən K.Muttonen bildirib: "ATƏT PA-nın sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə müzakirələr olacağına əminəm. Orada təmsil olunan parlamentarilər ölkələri üçün vacib olan məsələləri müzakirə edirlər. ATƏT PA müxtəlif mövzuların müzakirəsi üçün platformadır".

"ATƏT məkanında münaqişələrin həlli əhəmiyyətlidir. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu məsələnin həllinin tapılmasında çox fəaldır", - ATƏT PA sədri vurğulayıb. O bildirib ki, sülhü yalnız dialoq vasitəsilə bərpa etmək mümkündür.

K.Muttonen söyləyib ki, bundan sonra da səfərlər edə və hətta qoşunların təmas xəttinə gedə bilər: "Amma indiki səfər çərçivəsində belə planımız yoxdur".