​ATƏT PA-nın plenar iclasında həll edilməmiş münaqişələr diqqət mərkəzində olub

​ATƏT PA-nın plenar iclasında həll edilməmiş münaqişələr diqqət mərkəzində olub Komitə iclaslarında və plenar sessiyada ermənilər gülünc vəziyyətdə qalaraq susmağa məcbur qalıblar
Xarici siyasət
4 İyul , 2016 19:30
​ATƏT PA-nın plenar iclasında həll edilməmiş münaqişələr diqqət mərkəzində olub

Tbilisi. 4 iyul. REPORT. AZ/ ATƏT PA-nın 25-ci illik sessiyası çərçivəsində iyulun 4-də plenar iclası keçirilib.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda ATƏT regionunda həlli uzadılmış münaqişələrin həlli yolları, terrorizmə qarşı mübarizə, qadın və uşaqların problemləri və s məsələlər müzakirə olunub.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri iclasda çıxış edib, müzakirə olunan məsələləri münasuibət bildirib, rəy və təkliflər səsləndiriblər.

Millli Məclisin deputatı, nümayəndə heyətimizin üzvü Elşad Həsənov jurnalistlərə müsahibəsində deyib ki, müzakirə olunan məsələlər aktuallığı ilə seçilirdi: "Biz çalışırdıq ki, bütün hallarda Azərbaycanın mövqeyi yüksək səviyyədə müdafiə olunsun, problemlərimizin həlli ilə bağlı müvafiqə sənədlərin qəbuluna nail olaq. Müəyyən mənada buna nail ola bildik”.

Ümumiyyətlə, iclasda ATƏT regionunda həll olunmamış münaqişələr diqqət mərkəzində olub. Azərbaycanın və Gürcüstanın ərazilərinin işğaldan azad olunması ilə bağlı konkret təkliflər səslənib. İclasda, eyni zamanda, dünyada və regionda içməli su hövzələrində, seysmik aktiv zonalarda yerləşən, xüsusən də köhnəlmiş, istismar müddətini başa vurmuş atom elektrik stansiyalarının bağlanması ilə bağlı məsələlər ciddi müzakirə mövzusu olub. Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin stansiyaların bağlanmasını özündə ehtiva edən bəndlər sessiyanın yekun sənədinə əlavə edilib.

E.Həsənov deyib ki, komitə iclaslarında və plenar sessiyada Ermənistan tərəfinin Azərbaycan əleyhinə səsləndirdiyi iftiralara da tutarlı cavab verilib: “Ermənistan nümayəndə heyəti bir neçə dəfə Azərbaycanın əleyhinə fikirlər səsləndirib. Lakin, biz, Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etdiyini, məhz Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, aprel hadisələrinin Azərbaycanın işğal olunmuş ərazilərində baş verdiyini diqqətə çatdırdıq və bu dəfə də ermənilər gülünc vəziyyətdə qalaraq susmağa məcbur qalıblar”.

Sessiya işini iyulun 5-də başa vuracaq. Son iclasda yekun qətnamə qəbul olunacaq, təşkilati məsələyə baxılacaq. Assambleyanın prezidenti və vitse-prezidenti seçiləcək.

Son xəbərlər

Orphus sistemi