ATƏT PA-nın komitəsi Azərbaycan deputatlarının etirazından sonra Ermənistanın təklifini qəbul etməyib

ATƏT PA-nın komitəsi Azərbaycan deputatlarının etirazından sonra Ermənistanın təklifini qəbul etməyib Azərbaycan nümayəndə heyətinin üzvünün təklifini komitə üzvləri də dəstəkləyib
Xarici siyasət
4 İyul , 2016 10:41
ATƏT PA-nın komitəsi Azərbaycan deputatlarının etirazından sonra Ermənistanın təklifini qəbul etməyib

Tbilisi. 4 iyul. REPORT. AZ/  Gürcüstan paytaxtı Tbilisidə ATƏT Parlament Assambleyasının Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda ATƏT regionunda demokratiyanın inkişafı, insan haqlarının durumu, humanitar vəziyyət və komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.

Ermənistandan olan deputatlar qətnamənin “ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi” bəndinə “milli azlıqlar və dini qruplar”ın durumunun araşdırılması ilə bağlı məsələnin da əlavə olunmasını təklif ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq düzgün deyil və bu yeni problemlərin yaranmasına səbəb ola bilər.

Azərbaycanlı deputatın təklifi komitə üzvləri tərəfindən də dəstəklənib.

Müzakirələrdən sonra Ermənistan tərəfinin təklifi qəbul olunmayıb.

Son xəbərlər

Orphus sistemi