Yuxarı

​ATƏT PA-nın komitə iclasında Azərbaycanın təklifi qəbul olunub, Ermənistanın təklifinə isə rədd cavabı verilib

Qurumun Tbilisidə keçirilən 25-ci sessiyası öz işini davam etdirir

Tbilisi. 3 iyul. REPORT.AZ/ ATƏT PA-nın Tbilisidə keçirilən 25-ci sessiyası iyulun 3-də komitə iclaslarında öz işini davam etdirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.

İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputat Tahir Mirkişili layihənin 4-cü maddəsinə yeni əlavə olunmasını təklif edib. Dəyişiklikdə deyilir:

“ATƏT-ə üzv ölkələrin bəzilərinin ərazilərindəki həll olunmamış münaqişələr həmin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə, eləcə də təhlükəsizliyə ciddi təhdiddir. Eyni zamanda, bu münaqişələr, həmin dövlətlərin demokratik inkişafına və regional əməkdaşlığa ciddi maneədir”.

Azərbaycanlı deputatların təklifi layihənin İsveçdən olan müəllifi deputat Marqaret Sederfelt tərəfindən də yüksək dəyərləndirilib. Təklif səsə qoyulub və qəbul olunub.

Ermənistandan olan deputat isə layihənin 5-ci maddəsinə “xalqların öz müqəddəratını təyin etmə prinsipi”nin əlavə olunmasını təklif edib. Azərbaycan tərəfi bu bəndin ATƏT-ə üzv ölkələrin beynəlxalq hüquqla tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına səbəb olduğunu bildirib və təklifə etiraz edib. Azərbaycan tərəfi bildirib ki, bu təklif BMT-nin və Helsinki Yekun Aktının prinsiplərinə də ziddir.

Ukrayna tərəfi Azərbaycanın mövqeyini dəstəkləyib. İsveçdən olan məruzəçi və layihənin müəllifi Marqaret Sederfelt də Ermənistan tərəfinin təklifini əsassız sayıb və təklif qəbul olunmayıb. Deputatların böyük əksəriyyəti ermənilərin təklifinin əleyhinə səs veriblər və təklif rədd edilib.

Erməni deputatların layihənin 12-ci bəndinə təklif etdiyi 20-ci əlavə də qəbul olunmayıb. Erməni deputatın Azərbaycan Ordusunun tərkibində İŞİD və "Nüsra cəbhəsi" üzvlərinin olduğunu iddia edib. Ermənilərin bu təklifi də etirazla qarşılanıb və qəbul olunmayıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri erməni tərəfinin bu cür məsuliyyətsiz çıxışlarının danışıqlar prosesinə mane kimi qiymətlədiriblər.

Erməni deputatın bu təklifi də səsə qoyulub və qəbul olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi