​ATƏT PA-nın illik sessiyası 5-9 iyulda Helsinkidə keçiriləcək

​ATƏT PA-nın illik sessiyası 5-9 iyulda Helsinkidə keçiriləcək Sessiyanın sonunda Helsinki Bəyannaməsinin qəbul olunacağı gözlənilir
Xarici siyasət
26 İyun , 2015 11:52
​ATƏT PA-nın illik sessiyası 5-9 iyulda Helsinkidə keçiriləcək

Bakı. 26 iyun. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının illik sessiyası 5-9 iyulda Helsinkidə keçiriləcək.

"Report" ATƏT-in Parlament Assambleyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, iclasda ATƏT-ə üzv ölkələrdən təxminən 300 deputat iştirak edəcək.

Bu sessiyanın əsas müzakirə mövzuları Ukraynadakı böhran, miqrantlar və qaçqınların vəziyyəti, silahlara nəzarət, iqlim dəyişikliyi və digər məsələlər olacaq.

Sessiyanın sonunda Helsinki Bəyannaməsi-2015 sənədinin qəbul olunacağı gözlənilir. Sənəddə Assambleyanın siyasi məsələlər, iqtisadiyyat, ətraf mühitin mühafizəsi və insan haqları sahəsində tövsiyələrin əksini tapacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi