Belarusun paytaxtı Minsk şəhərində aprelin 28-30-da "Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi naminə əməkdaşlığın dərinləşdirilməsi" mövzusunda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun II Beynəlxalq Parlament Konfransı keçiriləcək.
"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Belarus Milli Assambleyasının (parlament) Nümayəndələr Palatasının sədr müavini Boleslav Pirştuk brifinqdə bildirib.
Minskdə keçiriləcək konfransa müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Avstriya, İtaliya, Qırğız Respublikası, Monqolustan, Rusiya, Serbiya, Türkiyə və İsveçrənin parlament üzvləri, işgüzar dairələrinin nümayəndələri qatılacaqlar.
İştirakçılar iqtisadi əməkdaşlıq məsələlərini, eləcə də layihənin investisiya cəlbediciliyini müzakirə edəcəklər.