Yuxarı

​ATƏT PA-nın deputatları regionda uzunsürən münaqişələrin həlli üzrə tədbirlərin gücləndirilməsinin vacibliyini bildiriblər

ATƏT Parlament Assambleyasının sessiyasında qəbul edilən Bəyannamədə təşkilata üzv dövlətlərin ərazi bütövlüyünün dəstəkləndiyi əks olunub

Bakı. 9 iyul. REPORT.AZ/ ATƏT PA-nın deputatları regionda uzunsürən münaqişələrin həlli üzrə tədbirlərin gücləndirilməsinin vacibliyini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə Helsinkidə başa çatan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) illik sessiyasında qəbul olunmuş bəyannamədə deyilir.

Bəyannamədə ATƏT məkanında həlli uzanan münaqişələrin "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Helsinki Yekun Aktına tam uyğun olaraq, güc tətbiq edilməməklə, ölkələrin ərazi bütövlüyü və onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, iştirakçı ölkələrin suverenliyinə hörmət etməklə, danışıqlar vasitəsi ilə sülh yolu ilə həll olunmasının vacibliyi qeyd olunub".

Sənəddə, həmçinin Helsinki Yekun Aktının prinsiplərinə zidd olan Rusiyanın Ukraynaya qarşı təcavüz faktı və Krımın işğalı da öz əksini tapıb. Qeyd olunur ki, Rusiya və NATO arasında münasibətlərin gərginləşməsi nüvə təhlükəsini artırır. Aralıq dənizində miqrantların kütləvi ölüm hallarının artması isə dərin narahatlığa səbəb olduğu da sənəddə əks olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi