ATƏT PA-nın baş katibi vəzifə səlahiyyətlərinin icrasına başlayıb

ATƏT PA-nın baş katibi vəzifə səlahiyyətlərinin icrasına başlayıb Roberto Montella bu postda Oliver Spenseri əvəz edib
Xarici siyasət
5 Yanvar , 2016 10:42
ATƏT PA-nın baş katibi vəzifə səlahiyyətlərinin icrasına başlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Roberto Montella ATƏT Parlament Assambleyasının (PA) baş katibi postunda vəzifə səlahiyyətlərinin icrasına başlayıb. "Report" xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidməti məlumat verib.

Roberto Montella (İtaliya) ötən ilin iyul ayında Assambleyanın illik sessiyasında ATƏT PA-nın baş katibi seçilib. O, bu postda Oliver Spenseri əvəz edib.

Qeyd edək ki, ATƏT PA-nın baş katibi 5 il müddətinə seçilir və iki dəfə seçilmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi