ATƏT müşahidəçisi: "Ermənistanın işğalı seçkilərin keçirilməsinə mənfi təsir göstərir"

ATƏT müşahidəçisi: "Ermənistanın işğalı seçkilərin keçirilməsinə mənfi təsir göstərir" “Seçki administrasiyası resurslarla yaxşı təmin edilmişdi və qanunla müəyyən edilmiş müddətlərə riayət edirdi, Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) isə şəffaf fəaliyyət göstərmək üçün səy göstərdi və beynəlxalq müşahidəçilərin iştirakını alqışladı”.
Xarici siyasət
10 Fevral , 2020 15:51
ATƏT müşahidəçisi: Ermənistanın işğalı seçkilərin keçirilməsinə mənfi təsir göstərir
Report / Firi Salim

“Seçki administrasiyası resurslarla yaxşı təmin edilmişdi və qanunla müəyyən edilmiş müddətlərə riayət edirdi, Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) isə şəffaf fəaliyyət göstərmək üçün səy göstərdi və beynəlxalq müşahidəçilərin iştirakını alqışladı”.

“Report” xəbər verir ki, bunu ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Artur Gerasimov beynəlxalq müşahidəçilərin - ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri üzrə müşahidələrinin nəticələrini əks etdirən ilkin hesabatını təqdim edərkən deyib.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi seçkiləri müşahidə etmək üçün dəvətinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

O qeyd edib ki, ənənəvi KİV-də kampaniyanın ciddi şəkildə işıqlandırılmaması, cəmiyyətdə və televiziyalarda debatların olmaması seçkiyə cəmiyyətin diqqətinin az olmasının səbəblərindən biridir.

“Azərbaycan 25 ildən çoxdur ki, ərazilərinin 20%-dən çoxunun işğal edilməsindən əziyyət çəkir. Buna görə də Azərbaycanın bəzi bölgələrində səsvermə prosesini təşkil etmək mümkün olmadı”, - A.Gerasimov bildirib.

“Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə təsirini yaxşı bilirəm və məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirirəm”, - missiyanın xüsusi koordinatoru söyləyib.

Müşahidəçilər qeyd ediblər ki, beş həftə ərzində Azərbaycandakı seçkilər üzrə yekun hesabat hazır olacaq.

Son xəbərlər

Orphus sistemi