Yuxarı

ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Mədinə Carbusınova Azərbaycanla ATƏT arasında insan alverinə qarşı mübarizədə əməkdaşlığa dair məsələləri müzakirə edəcək

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Mədinə Carbusınova Azərbaycana səfərə gəlir. Diplomatik mənbədən "Report"un əldə etdiyi məlumata görə, beşgünlük səfər çərçivəsində M.Carbusınova Bakıda rəsmi şəxslərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlər zamanı Azərbaycanla ATƏT arasında insan alverinə qarşı mübarizədə əməkdaşlığa dair məsələlərin müzakirə ediləcəyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi