Yuxarı

​ATƏT-in fəaliyyətdə olan sədri iyulun əvvəlində Cənub Qafqaza səfər edəcək

Frank-Valter Ştaynmayer ilk səfərini Gürcüstana gerçəkləşdirəcək

Bakı. 17 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyulun əvvəlində Gürcüstana səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Xarici İşlər Nazirliyinin facebook səhifəsində bildirilib.

İnfromasiyaya əsasən, Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət etməsi səfərin başlıca müzakirə mövzusu olacaq.

Məlumata görə, səfər zamanı regional təhlükəsizlik, Gürcüstanın nəzarəti altnda olmayan Abxaziya və Cənubi Osetiyadakı vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə ay əvvəl F.Ştaynmayerin cari ilin ortasında Cənub Qafqazın 3 ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi barədə xəbər yayılmışdı. Onun Azərbaycan və Emənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə edəcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi