ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
Xarici siyasət
19 Sentyabr , 2023 16:12
ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

“Report” xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqələri davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,- paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi