ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək Bakı. 25 may. REPORT.AZ/ Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir.
Xarici siyasət
25 May , 2018 18:04
ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

Bakı. 25 may. REPORT.AZ/ Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki, təxminən, 30 daimi nümayəndəsi səfər edəcək. Q.İsrafilov eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətində iştirakına qarşı çıxır.

Səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.

Son xəbərlər

Orphus sistemi