Bakı. 8 dekabr. REPORT.AZ/ "Cənubi Qafqazda və Moldovada həll olunmamış münaqişələrin həlli tərəflərinin siyasi iradəsindən asılıdır."
"Report" xəbər verir ki, bunu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında təşkilatın baş katibi Lamberto Zannyer bildirib.
"Münaqişənin bütün tərəflərini qane edəcək həllərin axtarışı üçün səylərimizi ikiqat artırmaq məqsədilə yeni qüvvələr və yeni yanaşmalar tətbiq etmək lazımdır" - baş katib əlavə edib.
L.Zannyer təşkilatın üzləşdiyi çağırışlarla mübarizə üçün ATƏT-ə üzv olan ölkələrin birləşməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Lamberto Zannyerin ATƏT baş katibi qismində mandatı bu il başa çatır.