ATƏT-in 2017-ci il üçün büdcəsi təsdiqlənib

ATƏT-in 2017-ci il üçün büdcəsi təsdiqlənib Vyanada ATƏT-in Daimi Şurası təşkilatın büdcəsini təsdiqləyib
Xarici siyasət
1 İyun , 2017 18:44
ATƏT-in 2017-ci il üçün büdcəsi təsdiqlənib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Vyanada ATƏT-in Daimi Şurası təşkilatın 2017-ci il üçün büdcəsini təsdiqləyib.

"Report"un ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 2017-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddətə ATƏT-in büdcəsi 138 982 600 avro təşkil edir.

Qeyd edək ki, ATƏT-in Daimi Şurasında təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.

ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. 

Son xəbərlər

Orphus sistemi