ATƏT-ə sədrlik İtaliyaya keçib

ATƏT-ə sədrlik İtaliyaya keçib İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetlərindən biri regiondakı mövcud münaqişələrin həlli olacaq
Xarici siyasət
1 Yanvar , 2018 00:10
ATƏT-ə sədrlik İtaliyaya keçib

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib.

"Report" xəbər verir ki, rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək.

Qeyd edək ki, İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq.

Xatırladaq ki, ATƏT-də sədr dəyişikliyi rotasiya qaydasında hər il həyata keçirilir. Bir ölkənin təşkilata sədrliyi bu ilin yanvarın 1-dən növbəti ilin eyni tarixinədək davam edir.  

Son xəbərlər

Orphus sistemi