ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçiləri Azərbaycana yanvarda gələcəklər

ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçiləri Azərbaycana yanvarda gələcəklər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbərlik edib.
Xarici siyasət
28 dekabr 2023 11:26
ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçiləri Azərbaycana yanvarda gələcəklər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.

Bu barədə “Report”a ATƏT/DTİHB-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İoğan Mörfi artıq Bakıda səfərdədir.

ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi