ATƏT/DTİHB-nin direktoru Azərbaycana səfər edəcək

ATƏT/DTİHB-nin direktoru Azərbaycana səfər edəcək İngibyorq Solrun Gisladottir seçkilərin müşahidə prosesində iştirak etməyi planlaşdırır
Xarici siyasət
29 Mart , 2018 17:42
ATƏT/DTİHB-nin direktoru Azərbaycana səfər edəcək

Bakı. 29 mart. REPORT.AZ / ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru İngibyorq Solrun Gisladottir gələn ay Azərbaycana səfər etməyi planlaşdırır.

DTİHB-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gisladottir aprelin 11-də ölkədə keçiriləcək Prezident seçkilərini müşahidə etməyi planlaşdırır.

Xatırladaq ki, İngibyorq Solrun Gisladottir (İslandiya) ATƏT/DTİHB-in direktor vəzifəsinə 2017-ci ilin iyulun 19-da təyin edilib və bu vəzifədə Mixael Qeorq Linki (Almaniya) əvəzləyib.

Son xəbərlər

Orphus sistemi