Yuxarı

ATƏT DTİHB-nin direktoru Azərbaycan Prezidentinin əfv fərmanını alqışlayıb

Maykl Georq Link əfv sərəncamını müsbət addım adlandırıb

Bakı. 19 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Georq Link Azərbaycan Prezident İlham Əliyevin 140-dan çox məhbusa şamil edilən əfv sərəncamını alqışlayıb.

"Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, M.G.Link əfv sərəncamını Azərbaycanın ATƏT-in öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müsbət addım adlandırıb.

O, rəhbərlik etdiyi təşkilatın insan haqları sahəsindəki proqramlar və öhdəliklərin həyata keçirilməsində Azərbaycanla sıx işləməyə davam edəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi