​ATƏT Azərbaycandakı layihə əlaqələndiricisi mandatının dayandırılması məsələsinə münasibət bildirib

​ATƏT Azərbaycandakı layihə əlaqələndiricisi mandatının dayandırılması məsələsinə münasibət bildirib ATƏT-in mətbuat xidmətindən bildirilib ki, səfir Aleksis Şahtaxtinskinin müqavilə müddəti 31 mayda başa çatıb
Xarici siyasət
2 İyun , 2015 10:01
​ATƏT Azərbaycandakı layihə əlaqələndiricisi mandatının dayandırılması məsələsinə münasibət bildirib

Bakı. 2 İyun. REPORT.AZ/ ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırılması məsələsinə qurumdan münasibət bildirilib. ATƏT-in mətbuat xidmətindən "Report"a məlumat verilib ki, A. Şahtaxtinskinin müqavilə müddəti 31 mayda başa çatıb.

İyunun 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb ki, onda olan məlumata görə ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb.

"Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Aleksis Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı", - N.Məmmədov "twitter" səhifəsində yazıb.

ATƏT-in mətbuat xidmətindən, öz növbəsində bildiriblər ki, "bu prosesin və ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi mandatının bir-biri ilə heç bir əlaqəsi yoxdur."

Son xəbərlər

Orphus sistemi