Yuxarı
    Bağlamaq

    ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası oktyabrın 3-də Cenevrədə başlayacaq

    ATƏT PA sessiyası Ukrayna üzrə kontakt qrupun iclası olmadan keçiriləcək

    Bakı. 1 oktyabr . REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının payız sessiyası Cenevrədə oktyabr ayının 3-də Ukraynada vəziyyətin müzakirəsi ilə açılacaq. "Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilatın 50 ölkəsindən 450-yə yaxın deputat iştirak edəcək. 

    Məlumatda deyilir ki, Ukrayna üzrə beynəlxalq parlamentlərarası kontakt qrupunun forum çərçivəsində keçirilməsi planlaşdırılan ilk iclası başqa vaxta keçirilib. Görüşün vaxtı və yeri haqqında məlumat verilmir.

    Ukrayna üzrə parlamentlərarası kontakt qrupu Rusiyanın təşəbbüsü ilə bu ilin iyun ayında ATƏT PA-nın Bakıda keçirilmiş sessiyasında yaradılıb. Qrup Ukraynada gərginliyin azaldılması və böhrandan çıxması məqsədilə qurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi