Yuxarı

ATƏT-in Minsk qrupunun həmsədri Uorlik Böyük Britaniyaya gedib

Ceyms Uorlik NATO sammitində iştirak edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Böyük Britaniyaya gedib. Report həmsədrin Tvitter səhifəsinə istinadən xəbər verir ki, D.Uorlik sentyabr 4-5-də Uelsdə keçiriləcək NATO sammitində iştirak edəcək. 

Qeyd edək ki, bir müddət əvvəl "Aykakakn Jamanak" erməni qəzeti Prezident administrasiyasına yaxın mənbələrinə istinadən xəbər verib ki, Ermənistan prezidenti Serj Sarqsyan NATO sammiti çərçivəsində bu həftə Uelsin paytaxtı Kardiffdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə razılıq verib. Xəbərə əsasən, görüşün təşəbbüskarı - ABŞ Dövlət katibi Con Kerridir. Lakin prezidentlərin görüşü ilə bağlı məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi