Yuxarı
    Bağlamaq

    Astanada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

    İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

    İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

    Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov iclası açaraq gündəliyə 22 məsələnin daxil olduğunu deyib. Bildirilib ki, BMT-nin yaradılmasının 70 illiyinə və Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümünə həsr edilən sənədlərin layihələri baxılması üçün MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq. Dövlət başçıları miqrasiya, cinayətkarlığa qarşı mübarizə, mədəniyyət, fövqəladə halların qabaqlanması və aradan qaldırılması, sərhədlərin mühafizəsi sahələrində əməkdaşlığı reqlamentləşdirən sənədləri qəbul edəcək, habelə hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafına dair məsələləri nəzərdən keçirəcəklər.

    Sənədlərin bir hissəsi əvvəlcə Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə edilib. MDB-nin 25 illiyinin bayram edilməsi, yubiley tədbirlərinin, sərgilərin keçirilməsi, 2020-ci ilədək gənclərin beynəlxalq əməkdaşlığı, bədən tərbiyəsi və idmanın yaxın perspektivdə inkişafı, habelə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyəti və Birliyin üzvü olan ölkələrin baza təşkilatlarının yaradılması və fəaliyyəti, MDB-yə üzv ölkələrin regional forumları və XII elmi yaradıcılıq forumunun keçirilməsi məsələlərinə dair tədbirlər planları nəzərdən keçirilib.

    İclasda MDB-nin “Mədəniyyət paytaxtı” dövlətlərarası proqramının 2016-cı ildə Türkmənistanda həyata keçirilməsi layihəsi bəyənilib və MDB-nin mədəniyyət paytaxtı Daşoğuz şəhəri seçilib.

    Şuranın növbəti iclasının 2016-cı ilin aprel ayında Moskva şəhərində keçiriləcəyi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi