Yuxarı

Aşqabadda Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında görüş keçirilib

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının yanvarın 29-da Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri Raşid Meredov ilə görüşüb.

Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman səhəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları, Türkmənistanda keçiriləcək Aziada-2017 idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi