AŞPA-ya üzv ölkələrdə ombudsman təsisatı ilə bağlı vahid qayda tətbiq edilə bilər

AŞPA-ya üzv ölkələrdə ombudsman təsisatı ilə bağlı vahid qayda tətbiq edilə bilər Avropa Şurası Parlament Assambleyası (AŞPA) ombudsmanların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib.
Xarici siyasət
2 Oktyabr , 2019 14:44
AŞPA-ya üzv ölkələrdə ombudsman təsisatı ilə bağlı vahid qayda tətbiq edilə bilər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ombudsmanların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. 

"Report"un Fransa bürosunun məlumatına görə, sənəddə bildirilir ki, üzv ölkələrdəki insan hüquqları üzrə müvəkkillər öz qayda-qanunları əsasında fəaliyyət göstərirlər. 

Bu səbəbdən AŞPA bütün ölkələr üçün ombudsmanların fəaliyyəti ilə bağlı ümumi qaydalar işləyib hazırlamağa və tətbiq etməyə çağırır. 

Qətnamədə üzv dövlətlər ombudsmanların fəaliyyətini dəstəkləməyə, genişləndirməyə və diqqət mərkəzində saxlamağa dəvət olunurlar.

Son xəbərlər

Orphus sistemi