AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb

AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb Pedro Aqramunt: "Bu, doğru addımdır"
Xarici siyasət
28 Mart , 2016 14:11
AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə P.Aqramunt şəxsi "Twitter" səhifəsində yazıb.

"Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir", - deyə P.Aqramunt bildirib.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi