AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb Bakı. 23 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının tarixi və gündəliyi açıqlanıb.
Xarici siyasət
23 Mart , 2018 11:55
AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Bakı. 23 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının tarixi və gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, qurumun toplantısı aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək.

Yaz sessiyasında Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət, ilhaq edilmiş Krımda Rusiyada prezident seçkiləri üzrə keçirilən səsvermənin qanunsuz sayılması və digər məsələlər müzakirə ediləcək.

AŞPA-nın sessiyasında Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.   

Son xəbərlər

Orphus sistemi