AŞPA-nın prezidenti: "Suriyada bütün bəşəriyyət üçün təhlükəli olan kimyəvi silahdan istifadə edilib"

AŞPA-nın prezidenti: "Suriyada bütün bəşəriyyət üçün təhlükəli olan kimyəvi silahdan istifadə edilib" Strasburq. 23 aprel. REPORT.AZ/ Bizim ən mühüm vəzifəmiz sülhün bərpa olunmasına xidmət etməkdir.
Xarici siyasət
23 Aprel , 2018 14:25
AŞPA-nın prezidenti: Suriyada bütün bəşəriyyət üçün təhlükəli olan kimyəvi silahdan istifadə edilib
Report

Strasburq. 23 aprel. REPORT.AZ/ "Bizim ən mühüm vəzifəmiz sülhün bərpa olunmasına xidmət etməkdir". 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mikele Nikoletti qurumun Strasburq şəhərində keçirilən yaz sessiyasının açılışında bildirib.

Onun sözlərinə görə, sülh bütün hüquqların özəyini təşkil edir: "Sülhün təhlükə altında olması bütün hüquqların təhlükə altında olması deməkdir. Suriyada bütün bəşəriyyət üçün təhlükəli olan kimyəvi silahdan istifadə edilib. Bu ölkədə yaşayan əhaliyə qarşı müasir müharibənin ən dəhşətli formaları tətbiq edilir. Bu insanlar bizdən kömək gözləyirlər. Biz burada günahkarları məhkum etməklə kifayətlənməməliyik. Bizə verilən hüquqdan istifadə edərək sülhün yaradılması üçün əlimizdəki qanunlardan yararlanmalı, yaxud bunlar kifayət etmədiyi halda, yeni qanunlar yaratmalıyıq. BMT-nin baş katibinin bildirdiyi kimi, sülhə təhlükə yarandığı halda, beynəlxalq hüququn normaları ali tutularaq məsələ həll olunmalıdır".

Son xəbərlər

Orphus sistemi