AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana səfər proqramı məlum olub

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana səfər proqramı məlum olub Ştefan Şennax və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcəklər
Xarici siyasət
9 İyun , 2017 10:31
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana səfər proqramı məlum olub

Bakı. 9 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda gələn həftə Azərbaycana səfər edəcəklər.

AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 12-dən 14-dək baş tutacaq səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri və Ombudsman ilə görüşlər keçirməyi planlaşdırırlar.

Həmçinin Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi