AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər Ştefan Şennax və Sezar Florin Preda Bakıya gəlib
Xarici siyasət
12 İyun , 2017 09:38
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

Bakı. 12 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda Azərbaycanda səfərdədirlər.

"Report" xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Ombudsman ilə görüşlər keçirməyi planlaşdırır.

Həmçinin Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcək.

Səfər iyunun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi