AŞPA müşahidəçisi: "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub"

AŞPA müşahidəçisi: "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub" Şteffan Şennax: "Seçki məntəqələrinin açılmasından bəri növbə müşahidə olunur"
Xarici siyasət
26 Sentyabr , 2016 10:08
AŞPA müşahidəçisi: Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub. Seçki məntəqələrinin açılmasından bəri növbə müşahidə olunur".

"Report" xəbər verir ki, bu sözləri referendumun gedişini müşahidə edən AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin rəhbəri Şteffan Şennax jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçicilər arasında qadınlar üstünlük təşkil edir. Ş.Şennax qeyd edib ki, onlar Bakının mərkəzində bir neçə seçki məntəqəsində olublar və şəhər ətrafındakı məntəqələrdə də olmağı planlaşdırırlar.

Qeyd edək ki, Ş.Şennax 29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub.

Son xəbərlər

Orphus sistemi