Yuxarı
    Bağlamaq

    AŞPA missiyasının rəhbəri: "Referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir"

    Səsvermə prosesi şəffaf keçib

    Bakı. 27 sentyabr. REPORT.AZ/ "Azərbaycan xalqını dinc şəraitdə keçən referendumla bağlı təbrik edirəm. Referendum Azərbaycan qanunvericiliyinə uyğun olaraq təşkil edilib və legitimdir. Biz xalqın iradəsinə hörmət edirik".

    "Report" xəbər verir ki, bu sözləri AŞPA müşahidə missiyasının rəhbəri Aleksandr Nikoloski Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə ümumxalq səsverməsi (referendum) monitorinqinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

    "Səsvermə prosesi şəffaf keçib, səslərin hesablanması zamanı ciddi pozuntular müşahidə olunmayıb. Nümayəndə heyəti referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini və ölkənin sabitliyi üçün addım olduğunu hesab edir", - deyə A.Nikoloski bildirib.

    A.Nikoloski hökumətin Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyasına sorğu göndərməməsinə təəssüfləndiyini qeyd edib.

    Onun sözlərinə görə, ümumxalq səsverməsinin müşahidəsinin yekunlarına dair bəyanat AŞPA müşahidə missiyasının bütün üzvləri tərəfindən təsdiq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi