AŞ PA məruzəçisi Azərbaycana səfər edəcək

AŞ PA məruzəçisi Azərbaycana səfər edəcək Militsa Markoviç "Qəsdən sudan məhrum edilən Azərbaycanın sərhəd bölgələrinin sakinləri" adlı məruzə hazırlayacaq
Xarici siyasət
20 Avqust , 2015 16:05
AŞ PA məruzəçisi Azərbaycana səfər edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Avqustun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Militsa Markoviç (Bosniya və Herseqovina) Azərbaycana səfər edəcək. 

AŞ PA-nın mətbuat xidmətindən "Report"a bildiriblər ki, səfərin məqsədi "Qəsdən sudan məhrum edilən Azərbaycanın sərhəd bölgələrinin sakinləri" adlı məruzənin hazırlanmasıdır. 

M.Markoviç səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri, ekologiya və təbii sərvətlər naziri, eləcə də kənd təsərrüfatı naziri ilə görüşlər keçirəcək və ölkənin sərhəd rayonlarına baş çəkəcək. 

Həmçinin, məruzəçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, Dövlət Su Ehtiyatları Agentliyi, Dünya Bankı və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. 

Bundan başqa, M.Markoviç Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşəcək. Səfər avqustun 27-də başa çatacaq. 

Xatırladaq ki, M.Markoviç 2014-cü ilin dekabr ayında da Azərbaycana səfər edib. 

Son xəbərlər

Orphus sistemi