Yuxarı

AŞPA məruzəçisi Azərbaycana gələcək

Militsa Markoviç sərhədyanı rayonların sakinlərinin qəsdən sudan məhrum edilməsi haqqında məruzə hazırlayacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ AŞPA məruzəçisi Militsa Markoviç dekabr ayının 15-də Azərbaycana gələcək. AŞPA mətbuat xidmətindən "Report"a bildirilib ki, dekabrın 18-dək davam edəcək səfər zamanı M.Markoviç "Azərbaycanın sərhədyanı regionlarının sakinləri qəsdən sudan məhrum ediliblər" mövzusunda məruzənin hazırlanması kontekstində Azərbaycanın müxtəlif rayonlarında olacaq. 

Xatırladaq ki, Bosniya və Herseqovinadan deputat Militsa Markoviç bu ilin may ayında AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf üzrə Komitəsinin iclasında işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarı məsələsi üzrə məruzəçi təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi