AŞPA həmməruzəçiləri Bakıya gələcək

AŞPA həmməruzəçiləri Bakıya gələcək Tadeuş İvinski: "90-cı illərin sonlarından başlayaraq mən bir neçə dəfə Azərbaycana səfər etmişəm"
Xarici siyasət
3 Fevral , 2015 11:12
AŞPA həmməruzəçiləri Bakıya gələcək

Bakı. 3 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri martın əvvəllərində Bakıya gələcək. Bu barədə "Report"a AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni təyin olunan həmməruzəçisi Tadeuş İvinski (Polşa) bildirib. 

O, qeyd edib ki, martın ilk həftəsi həmkarı Pedro Aqramuntla Bakıya gəlməyi planlaşdırır. 

Səfər zamanı həmməruzəçilər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Səfərin məqsədi Azərbaycanın Avropa Şurasındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir. 

Öz təyinatını şərh edən T.İvinski, bildirib ki, regionla yaxşı tanışdır, dəfələrlə Azərbaycanda olub: "90-cı illərin sonlarından başlayaraq mən bir neçə dəfə Azərbaycana səfər etmişəm. Mənim ölkənizə ilk səfərim AŞPA-nın Miqrasiya və Qaçqınlarla bağlı Komitə rəhbəri qismində olub. Alim qismində mən Bakıda iki dəfə elmi konfranslarda iştirak etmişəm, eləcə də Avropa Şurası nümayəndə heyəti tərkibində Azərbaycanda keçirilən parlament və prezident seçkilərini müşahidə etmişəm". 

Xatırladaq ki, T.İvinski yanvarın 29-da Strasburqda keçirilən AŞPA-nın qız sessiyası zamanı qurumun Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi seçilib. Bu vəzifədə o, Cozef Debono Qrexi (Malta) əvəz edib. 

T.İvinski 1992-ci ilin yanvar ayından AŞPA üzvüdür. Bir neçə il ərzində Assambleyanın vitse-prezidenti, AŞPA-nın Çeçenistan üzrə məruzəçisi olub. 

Son xəbərlər

Orphus sistemi