AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub Ştefan Şennax və Sezar Florin Preda Bakıya yanvarın 12-də gələcək
Xarici siyasət
7 Yanvar , 2017 09:05
AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.

Səfər yanvarın 14-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi