AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb Ölkənin rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri ilə görüşlər nəzərdə tutulub
Xarici siyasət
2 Mart , 2015 10:00
AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

Bakı. 2 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Azərbaycana gəlib. "Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı həmməruzəçilərin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub. P.Aqramunt və T.İvinski, həmçinin Baş Prokurorluq, Azərbaycan Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyasında da görüşlər keçirəcəklər. 

AŞPA mətbuat xidmətinin məlumatına əsasən, həmməruzəçilər ölkənin ictimayyət nümayəndələri ilə görüşəcək, həbsxanada dustaqlara baş çəkəcəklər. 

Səfər martın 3-də başa çatacaq. 

Xatırladaq ki, polşalı deputat T.İvinski AŞPA-nın yanvarın 29-da Strasbuqrda keçirilən qış sessiyası zamanı Monitorinq Komitəsinin  Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə seçilib. Bu vəzifədə o, Cozef Qrexi (Malta) əvəz edib. Bu T.İvinskinin həmməruzəçi qismində Azərbaycana ilk səfəridir. 

Son xəbərlər

Orphus sistemi