AŞPA həmməruzəçilərinin Azərbaycana səfər tarixi məlum olub

AŞPA həmməruzəçilərinin Azərbaycana səfər tarixi məlum olub Səməd Seyidov Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir
Xarici siyasət
23 May , 2016 12:47
AŞPA həmməruzəçilərinin Azərbaycana səfər tarixi məlum olub

Bakı. 23 may. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyunun ortalarında Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov məlumat verib.

Qeyd edək ki, S.Seyidov bu gün Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri avstriyalı deputat Ştefan Şennah və rumıniyalı deputat Florin Predadır.

Son xəbərlər

Orphus sistemi