Yuxarı

AŞPA-da Azərbaycanla bağlı hesabat müzakirə edilib

Azərbaycan üzrə həmməruzəçilərin hazırladıqları qətnamə layihəsi üzrə müzakirələr aparılıb

Bakı. 23 İyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci günündə qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları qətnamə layihəsi üzrə müzakirələr aparılıb.

"Report" xəbər verir ki, plenar iclasda çıxış edən Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt sənədi Avropa Şurası və AŞPA-nın dəyərlərinə uyğun hazırladıqlarını vurğulayıb.

Təqdim etdikləri məruzəni olduqca "tarazlaşdırılmış" sənəd adlandıran həmməruzəçi, qeyd edib ki, ölkələrin ərazi bütövlüyü prinsipinə xüsusi diqqət ayırıblar.

Tadeuş İvinski isə öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Azərbaycan ərazilərinin 20 faizirinin Ermənistan tərəfindən işğal edildiyini, Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün olduğunu xatırladan T.İvinski, Avropa İnsan Haqları Məhkəməsinin bu yaxınlarda “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı qərara da diqqət çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi