AŞPA Bakıda miqrasiya, qaçqın və məcburi köçkünlərin məsələlərini müzakirə edəcək

AŞPA Bakıda miqrasiya, qaçqın və məcburi köçkünlərin məsələlərini müzakirə edəcək İclas martın 15-16-da Milli Məclisdə keçiriləcək
Xarici siyasət
8 Fevral , 2017 14:21
AŞPA Bakıda miqrasiya, qaçqın və məcburi köçkünlərin məsələlərini müzakirə edəcək

Bakı. 8 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsi Bakıda iclas keçirəcək.

"Report" AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas martın 15-16-da Milli Məclisdə baş tutacaq.

İclas zamanı iştirakçılar AŞPA məruzəçisi Sezar Florin Predanın "Qaçqınlarla bağlı fövqəladə vəziyyətlərin maliyyələşdirilməsinin təkmilləşdirilməsinin mümkün yolları" mövzusundakı məruzəsini, eləcə də Avropada miqrasiya məsələləri ilə bağlı ən aktual nüansları müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi