Yuxarı

​AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Qurum Bakıya 13 deputatın daxil olacağı müşahidə missiyasının göndərilməsinə dair qərar qəbul edib

Bakı. 31 avqust. REPORT.AZ/ AŞPA Bürosu noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyasının göndərilməsinə dair qərar qəbul edib.

AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, müşahidə missiyasına 13 deputat daxil ediləcək.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Büro iclası bu gün Parisdə baş tutub. İclasın gündəliyinə Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməsinə dair məsələ də daxil edilib. AŞPA Bürosunda həmçinin Qırğızıstan, Belarus, Ukrayna və Türkiyədə keçiriləcək seçkilərin müşahidə edilməsinə dair plan da müzakirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi