AŞPA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı qəbul edib

AŞPA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı qəbul edib Sənədin lehinə 117 deputat səs verib
Xarici siyasət
11 Oktyabr , 2017 13:33
AŞPA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı qəbul edib

Strasburq. 11 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib. 

"Report"un Fransa bürosu xəbər verir ki, sənədin lehinə 117 deputat səs verib, 18 parlamentari qətnamənin əleyhinə olub.

AŞPA üzvlərindən 14 nəfər səsvermədə iştirak etməyib.

Qətnamədə məhkəmə orqanlarının tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsi, Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədilə vətəndaş cəmiyyətlərinin fəaliyyətinə və maliyyələşdirilməsinə dair qanunvericilikdə dəyişikliklər edilməsi, yuvenal ədliyyənin yaradılması, söz azadlığının gücləndirilməsi, toplaşma hüququnun möhkəmləndirilməsi və s. tövsiyyələr var. AŞPA Azərbaycan hökümətini polis məmurları arasında gender balansının yaradılması məsələsini gündəmə gətirməyə çağırır. Qətnamədə göstərilir ki, Parlament Asambleyası Azərbaycanda islahatların aparılması prosesində və onların tətbiqində yaxından iştirak etməyə hazırdır.

Qətnamədə AŞPA-nın Azərbaycanın insan hüquqları və qanuni dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldığı müddətdə hökümətin nümayiş etdirdiyi əməkdaşlıqdan və dialoqdan razı qaldığı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi