Bakı. 3 dekabr. REPORT.AZ/ Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) dekabr ayının 12-də Azərbaycanın QHT haqqında qanunvericiliyinə edilmiş dəyişikliklə bağlı rəyini açıqlayacaq. VK mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müvafiq layihə Venesiya Komissiyasının dekabrın 12-13-də keçiriləcək 101-ci plenar sessiyasının gündəliyinə daxil edilib.
Sessiya zamanı, həmçinin Ukraynanın lüstrasiya haqqında, Gürcüstan, Moldova, Çernoqoriyanın bir sıra qanun layihələrinin qəbul edilməsi nəzərdə tutulub.