AŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir"

AŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir" "Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".
Xarici siyasət
28 Sentyabr , 2021 18:24
AŞ-nin Baş katibi: Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir
Mariya Peyçinoviç
0 : 00
0 : 00

"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: "Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu, yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".

Baş katib qadınların bu məsələdəki roluna da toxunub: "Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."

Son xəbərlər

Orphus sistemi