Yuxarı

AŞ Konqresi: Azərbaycanda seçkilərə müşahidə etmək üçün dəvət vaxtında göndərilməyib

Azərbaycanda bələdiyyə seçkilərinə müşahidə məsələsi Konqresin gündəliyinə daxil edilməyib

Bakı. 10 dekabr. REPORT.AZ/ "Azərbaycanda bələdiyyə seçkilərinə müşahidə etmək üçün dəvət Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə vaxtında göndərilməyib". Bu barədə "Report"a dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçilər missiyasının göndərilib-göndərilməyəcəyi haqqında suala cavab olaraq,  Konqresin mətbuat xidmətindən bildiriblər.  

Mətbuat xidmətindən qeyd ediblər ki, seçkilərə müşahidəçilər missiyasını göndərmək üçün əvvəlcə ölkədən dəvət gəlməli, bundan sonra müvafiq qərar qəbul edilməli və seçkilərə müşahidə Konqres fəaliyyətinin gündəliyinə daxil edilməlidir. 

Vaxtında edilməyən dəvət səbəbindən həmin məsələ hələlik gündəliyə daxil edilməyib. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası  Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkilərinə müşahidə etmək üçün noyabr ayında dəvət göndərib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi