​Artur Rasizadə: “Azərbaycan və Gürcüstan regionda beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir"

​Artur Rasizadə: “Azərbaycan və Gürcüstan regionda beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir" "Bakı-Supsa layihəsi bizim xoşbəxt gələcəyimiz üçün çox gözəl başlanğıc oldu”
Xarici siyasət
16 May , 2016 18:11
​Artur Rasizadə: “Azərbaycan və Gürcüstan regionda beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir

Tbilisi. 16 may. REPORT. AZ/ “Azərbaycan və Gürcüstanın regionda həyata keçirdikləri layihələr mühüm, beynəlxalq əhəmiyyətlidir”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasizadə Tbilisidə jurnalistlərə müsahibəsində söyləyib.

A.Rasizadə deyib ki, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən 1996-cı ildə əsası qoyulan “Şərq-Qərb” enerji layihəsi digər həyati vacib enerji layihələrinin əsasını qoyub: "Biz əminliklə deyə bilərik ki, Bakı-Supsa təkcə enerji deyil, digər mühüm əhəmiyyətli layihələrin başlanğıcı oldu. Bakı-Supsa birinci uğurlu layihəmiz idi. Ondan sonra Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, eləcə də bu il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihələrinin əsası qoyuldu. Bu mühüm, strateji xarakterli layihələr Azərbaycan və gürcü xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət edir və hələ uzun illər də xidmət edəcək”.

“Ona görə də deməliyəm ki, Bakı-Supsa layihəsi bizim xoşbəxt gələcəyimiz üçün çox gözəl başlanğıc olub”, - deyə baş nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi