Arlem Dezir: "Fransa ilə Azərbaycan arasında güclü və dinamik əlaqələr mövcuddur"

Arlem Dezir: "Fransa ilə Azərbaycan arasında güclü və dinamik əlaqələr mövcuddur" "Fransa Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına töhfə verməyə hazırdır"
Xarici siyasət
26 Aprel , 2016 16:04
Arlem Dezir: Fransa ilə Azərbaycan arasında güclü və dinamik əlaqələr mövcuddur

Bakı. 26 aprel. REPORT.AZ/ "Fransa ilə Azərbaycan arasında güclü və dinamik əlaqələr mövcuddur. Bu əlaqələr yüksək səviyyəli səfərlərlə təmin edilir".

"Report" bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir mətbuat konfransında deyib.

O, iqtisadi əməkdaşlığın yaxşı templə inkişaf etdiyini qeyd edib. A.Dezirin sözlərinə görə, həmçinin təhsil, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə də əlaqələr inkişaf edir.

Dövlət katibinin sözlərinə görə, bu əməkdaşlığın göstəricilərindən biri Bakı Fransız Liseyinin yaradılmasıdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdən danışan A.Dezir Avropa Komissiyasının sədri Donald Tusk və Aİ-nin ali nümayəndəsi Federika Mogerininin Bakıya səfərlərini vurğulayıb: "Fransa bu əlaqələrin inkişafına töhfə verməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi