Argentinalı ekspert: "Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyinetmə hüququna malik deyil"

Argentinalı ekspert: "Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyinetmə hüququna malik deyil" Bakıda "Malvin/Folklend aadaları ətrafında mübahisə və beynəlxalq hüquq" mövzusunda "dəyirmi masa" keçirilib
Xarici siyasət
19 Avqust , 2015 14:38
Argentinalı ekspert: Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyinetmə hüququna malik deyil

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda Strateji Tədqiqatlar Mərkəzində "Malvin/Folklend aadaları ətrafında mübahisə və beynəlxalq hüquq" mövzusunda "dəyirmi masa" keçirilib.

"Report" xəbər verir ki, tədbirdə məruzə ilə çıxış edən Beynəlxalq Hüquq İnstitutunun üzvü Marselo Koen (Argentina) adalar haqqında məlumat verib. O qeyd edib ki, adanı idarə edən britaniyalılar burada 1000 nəfərlik hərbi baza yerləşdirib, bu da həmin adaları onların əhalisinin az olmasını nəzərə alaraq dünyanın hərbiləşdirilmiş güşələrindən birinə çevirir. 

Münaqişə haqqında danışan M.Koen vurğulayıb ki, bu, hüququn yox, gücün aliliyinin, üstünlüyünün bariz nümunəsidir, çünki Böyük Britaniya münaqişənin həllindən imtina edir. Onun sözlərinə görə, Britaniya təkid edir ki, adalar ona məxsusdur, çünki britaniyalı dənizçilər tərəfindən kəşf edilib: "Baxmayaraq ki, ərazinin kəşfi ona qarşı iddiaların irəli sürülməsi üçün əsas deyil. Öz müqəddəratını təyinetmə hüququna gəldikdə isə müəyyən ərazidə yaşayan bir qrup insan öz müqəddəratını təyinetmə hüququna malik deyil, əgər onlar müəyyən beynəlxalq hüquqi meyarlara uyğun gəlmirlərsə. Adaların əhalisinin 40%-nin orada 10 ildən az müddətdə yaşadığını nəzərə alaraq öz müqəddəratını təyinetmə hüququnu tətbiq etmək düzgün deyil".

M.Koen, həmçinin Dağlıq Qarabağ əhalisi üçün öz müqəddəratını təyinetmə hüququ məsələsinə toxunub: "Nəzərə alsaq ki, Qarabağın əzəli azərbaycanlı əhalisi öz ərazilərindən qovulub. Bu qayda onlar barəsində tətbiq oluna bilməz. Beynəlxalq siyasətdə "Dağlıq Qarabağ xalqı" məfhumu mövcud deyil. Onların öz müqəddəratını təyinetmə hüququ yoxdur, lakin orada yaşayan ermənilər milli azlıqların hüquqlarına malikdir. Fərz edək ki, siz müəyyən ərazidə etnik əksəriyyəti təşkil edirsiniz, bu sizə öz müqəddəratını təyinetmə hüququnu vermir".

Sonda konfrans iştirakçıları "dəyirmi masa" ətrafında qaldırılmış məsələlər barəsində fikir mübadiləsi aparıb. Böyük Britaniya səfirliyinin nümayəndəsi də Malvin/Folklend adaları ilə bağlı dövlətin mövqeyini bildirib. 

Son xəbərlər

Orphus sistemi