Yuxarı

Argentina parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılıb

Qətnamə əsasında yaradılan qrupa Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ Argentina Parlamentinin Deputatlar Palatası Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edib.

Bu barədə "Report"a Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.  

Səfirlikdən bildirilib ki, qətnamə əsasında yaradılan qrupa Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək. Ümumilikdə yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan “Dəyişək” siyasi blokunun nüfuzlu üzvləridir. Onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər. Qətnamədə Dostluq Qrupunun Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunub.

Qrupun yaradılması haqqında qətnamədə Dostluq Qrupunun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəyi, bu istiqamətdə Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komissiyası və Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstəriləcəyi də bildirilir. Qrupa yaxın vaxtlarda digər deputatların da qoşulacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi